Separatçıların son sığınacağı da DAĞILDI – Qondarma rejimin “televiziyası” BAĞLANDI

Məhv olmuş keçmiş qondarma rejimin “Artsax TV” adlı “televiziya kanalı” fəaliyyətini dayandırdığını açıqlayıb.
Polise.az “Aysor”a istinadən xəbər verir ki, bu barədə kanalın “direktoru” Hrayr Avetisyan sosial şəbəkə hesabında paylaşım edib.
Hrayr Avetisyan bildirib ki, televiziya kanalı hazırkı heyətlə işini yekunlaşdırır.
O, bu qərarın kanal rəhbərliyi tərəfindən verilmədiyini, platformadan istifadə hüququnun başqa bir qeyri-hökumət təşkilatına həvalə edildiyini qeyd edib.
Qeyd edək ki, sözügedən “resurs” Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş ləğv olunmuş qanunsuz, qondarma qurumun təbliğat ruporu olub.
Polise.az



