Paşinyan: Sülh sazişinin imzalanması məsələsində aralıq mərhələyə çatmışıq

“Ermənistan hökuməti insanların sülhə olan inamını yekun nəticəyə – sülh sazişinin imzalanmasına və ratifikasiyasına çatdırmalıdır”.

Polise.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir bildirib ki, iqtisadi fəallıq və daşınmaz əmlak bazarının göstəriciləri vətəndaşların bu barədə nikbinliyindən xəbər verir.

Paşinyan vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh artıq reallıq olsa da, hələ tam şəkildə institusionallaşmayıb. O əlavə edib ki, Ermənistan hökuməti insanların gözləntilərini doğrultmalı və prosesi başa çatdırmalıdır:

“Aralıq mərhələyə çatmışıq. Amma bu, aralıq mərhələdir, yekun mərhələ deyil. Yekun mərhələyə doğru hərəkət etməliyik”.

Sülh sazişinin imzalanması və ratifikasiyasının zəruriliyi kontekstində Nikol Paşinyan TRIPP layihəsini, Azərbaycanla sərhədlərin delimitasiyasını, kommunikasiyaların açılmasını, Türkiyə ilə normallaşma prosesini, Şimal-Cənub yolunu və “Sülh qovşağı” konsepsiyasını da xatırladıb.

Baş nazir hökumət üzvlərinə siyasi mesajları və strategiyaları bu prioritet ətrafında qurmağı, real problemlərə və praktiki həll yollarına diqqət yetirməyi tövsiyə edib: “Gündəlik informasiya səs-küyü hökumətin əsas işindən yayınmasına səbəb olmamalıdır”.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button