Daxili işlər naziri Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Oktyabrın 1 -də Tacikistan Respublikasında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.
İclasda üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılıb.
Görüş zamanı, həmçinin Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin daxili işlər orqanları arasında əməkdaşlığın digər aktual məsələləri müzakirə edilib.

Polise.az



