Zorakılıqdan zərər çəkmiş 46 nəfər reabilitasiya edilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfər sosial reabilitasiya xidmətləri ilə təmin edilib. Onlardan 26 nəfəri uşaqlardır.

Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Onlar Agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərə cəlb olunublar.

Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə işlər aparılıb.

Qeyd edək ki, şöbədə müasir tələblərə uyğun şərait yaradılıb və şöbəyə qəbul edilən şəxslər sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri ilə əhatə olunurlar.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button