Sumqayıtda məktəbdə kütləvi zəhərlənmə: 14 şagird xəstəxanaya yerləşdirilib, araşdırma başladı- YENİLƏNDİ

Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Qeyd edilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
***
11:22
Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində 14 şagird zəhərlənib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Zəhərlənmənin səbəbləri araşdırılır.
TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 10:20 radələrində 14 nəfər (11 kişi cinsli, 3 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
“Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir”, – məlumatda qeyd olunub.
Polise.az



