KİM, NƏ QAZANMAQ arzusundadır?!

“Türkiyə yoxdur, mən burdayam” diplomatiyasının doğurduğu hikkə…
KİM, NƏ QAZANMAQ arzusundadır?!
“BİR MİLLƏT İKİ DÖVLƏT”- bu dörd söz, gələcək ideoloji işlərin əsas devizidir. Çox uzağa yox, son on ilə, diqqət edək. Ən kritik siyasi, diplomatik, ictimai və biznes münasibətlərindən bir neçəsini yada salaq.
-Türkiyədə 2016-cı il, 15 iyul hərbi çevriliş çəhdi;
– Türkiyə səfirliklərinə məqsədli hücumlar və aksiyalar;
– Türkiyənin terrorla mübarizə əməliyyatları;
-Şimali Kipr Türk Respublikasının beynəlxalq səviyyədə dəstəklənməsi;
-Beynəlxalq platformalarda və diplomatik cəbhədə həmrəylik, “Türkiyə yoxdur, mən buradayam” diplomatıiyası;
-2021-ci ildəki Şuşa Bəyannaməsinin İmzalanması;
-2023-cü ildə “Əsrin Fəlakəti” – Kahramanmaraş zəlzələsi;
-Türkiyədəki nəhəng yanğınlar;
-İşğaldan azad olan ərazilərin yenidən qurulması işində Türkiyə şirkətləri və mütəxəssisləri ən böyük payçı idilər.
***
Türkiyənin Azərbaycana, 2020-ci ildə, İkinci Qarabağ Müharibəsindəki siyasi-mənəvi dəstəyi, hərbi-texniki əməkdaşlığı, 2020-ci ilin iyulunda Ermənistanın Qarabağdan kənarda, strateji enerji və nəqliyyat dəhlizlərinin keçdiyi Tovuz rayonunda törətdiyi hərbi təxribatdakı dəstəyi, 2023-cü ildəki, lokal xarakterli anti-terror tədbirlərində, 23 saatlıq anti-terror tədbirinə siyasi-diplomatik dəstək, “Şuşa Bəyannaməsi” çərçivəsində strateji müttəfiqlik də yaddan çıxmır.
***
Bəs münasibətlərin yarıda qırılması kimlərə sərfəlidir, Türkiyə, Azərbaycan, türk dövlətləri xaricində? Onlar niyə bu dəfəki “ictimai-qınaq” hücumu Türkiyədən təşkil etməyi seçdilər? Türkiyə və Azərbaycan pəncərəsindən baxanda, bu kimlərə sərfəlidir? Təbii ki, regional və qlobal güclərə. Məsələn, onlardan biri, pozulacaq münasibətlər fonunda regionda təkbaşına nəzarəti əlinə alacağına ümudlidir. Türkiyə-Azərbaycan münasibətlərini zədələmək, başqa regional gücə geosiyasi blokadanı yarmaq hüququ qazandırır. Onun üçün ürəkaçan olmayan Zəngəzur dəhlizi layihəsində öz milli maraqlarından çıxış etmək fürsəti verir. Amma bu durum Qərb və Avropa üçün o qədər sərfəli deyil. Çünki Türkiyə-Azərbaycan münasibətlərinin sərinləməsi enerji təhlükəsizliyi riski yaradır. Həm Avropa, həm Qərb başqa dövlətin asılılığına düşə bilər ki, bu indiki siyasi durumda və Ukrayna faktorundan dolayı sərfəli deyil. Baxmayaraq Qərb və Avropanın siyasi dairələrinə yaxın simalar açıq şəkildə “Azərbaycandan enerji asılılığı məsələmizi həll etməliyik” kimi bəyanatlar səsləndirir, yəni, müsəlman-türk faktoruna rəğmən, hələ ki, özlərinə ən optimal asılılığın Azərbaycandan olmasını lazım bilirlər.
***
Bütün bu sadalananla deməyə əsas verir ki, Türkiyədə Azərbaycana və onun liderinə qarşı yönələn qarayaxma, dezinformasiya kampaniyaları vahid mərkəzdən deyil, fərqli dairələrin əməkdaşlığı ilə həyata keçirilir. Bu kampaniyaya xarici kəşfiyyat şəbəkələri, regional güclərə çalışan dəstələr, dini cərəyanlar, məzhəb qrupları, bəlli dairələrə çalışan media quruluşları, sosial şəbəkə aktivistləri, blogerlər daxildir.
***
…İncə və vacib nüans… Proses BMT Baş Assambleyasının son toplantısında, “İsrailin baş naziri danışanda, Azərbaycan zalı tərk etmədi” dezinformasiyası ilə başladıldı…amma “yeddidən biri” (?!) formatı kimsənin diqqətini çəkmədi. Yəni “Türkiyə yoxdur, mən burdayam diplomatiyası” emosional kütləyə başqa cür təqdim olundu. Çünki məqsəd aqresiya yataqmaq idi.
***
….Daha bir nüans… Azərbaycanın İstanbuldakı baş konsulluğu qarşısında “İslam düşməni İlham Əliyev”, çağırışı… Bu olmasaydı gülməli görünərdi. Türk Dövlətləri din xadimlərinin Bakıda, Azərbaycanın dövlət başçısı ilə görüşündə səslənən fikirlər bəlli ki, çoxlarında ciddi qıcıq yaradıb. Çünki İlham Əliyev həmin görüşdə tolerant, müsəlman, islam dövləti olaran Azərbaycan adından islamafobiyadan əziyyət çəkənlərə yaxşı dərs keçdi. Beləliklə, artıq Azərbaycan, İSLAMı terror dini kimi tanıdanlara ciddi rəqibdir. Çünki ən qorxunc terror təşkilatları və liderlərini yaradanları çox böyük qazanclardan məhrum etdi. Və bu gün Azərbaycanda, kilsə, sinaqoq, məscidlər də fəaliyyət göstərir. Buddist, krişnaçıların cəmiyyətləri mövcuddur. Nə provaslanlar, nə katoliklər incidilmir. Onlardan ayrılan erməni kilsəsinin binası belə şəhərin mərkəzi küçələrindən birində memarlıq abidəsi kimi qorunur. Prezident İlham Əliyev bunu türk və müsəlman lider olaraq, ədalət prinsiplərini əsas tutaraq edir.
***
…Və əslində, Türkiyədən başladılan bu “qara ideoloji savaşda”, Azərbaycanın, Türkiyənin, hətta bütövlükdə türk dünyasının uğuru var. Hücumlar kütləvi təşkil edilsə də, qlobal güclər siyasi kütbeyin olan bir topa adamdan yararlanır. Niyə? Məğlubiyyət anında onları, çox rahat və siyasi skandalsız infaz edə bilir deyə. Odur ki, yaşasın Azərbaycan, var olsun Türkiyə və TÜRK DÜNYASI. Sağ olsun cümlə İSLAM dünyası! Vəssalam!..
Jalə Mütəllimova
05.10.2026
Bakı şəhəri



