Parlamentin növbəti komitə iclası keçirilir

Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyası üzrə növbəti iclası keçirilir.

Polise.az xəbər verir ki, komitənin bugünkü iclasının gündəliyinə iki məsələ daxil edilib.

İclasda “Aqrar sahə haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş) müzakirəyə təqdim edilib.

Eyni zamanda “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.

 

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button