Səbinə Əliyeva: Ermənistan itkin şəxslər məsələsinə hər zaman ögey münasibət sərgiləyib

“Təəssüf ki, müxtəlif beynəlxalq qurumlara dəfələrlə müraciət etməyimizə baxmayaraq, bu günə qədər 4 minə yaxın soydaşımızın taleyi haqqında dəqiq məlumat ala bilməmişik”.

Polise.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu” çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yalnız rəşadətli ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsindən sonra kütləvi məzarlıqların aşkar olunması, insan qalıqlarının eyniləşdirilməsi və ailələrinə təhvil verilməsi prosesinə başlanılıb:

“Bu gün konfransda səslənən rəqəmlər böyük ümid yaradır ki, yaxın zamanda bütün itkin düşmüş şəxslərin taleyi müəyyənləşəcək. Tədbirdə bir çox ölkələrdən ekspertlər və təcrübəli mütəxəssislər iştirak edir. Azərbaycanda toplanan təcrübə artıq bir çox dövlətlər üçün nümunədir. Bu istiqamətdə Azərbaycan dövlətinin gördüyü işlər dünya miqyasında qəbul olunur və model kimi istifadə edilir”.

S.Əliyeva beynəlxalq təşkilatların və Ermənistan tərəfinin bu məsələyə laqeyd yanaşdığını vurğulayıb: “Axtarışlar zamanı dəfələrlə həm Ermənistan tərəfinə, həm də Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etmişdik. Lakin onlar bu məsələyə hər zamankı kimi ögey münasibət sərgiləyirdilər. Bu gün isə Azərbaycan öz gücü və imkanları sayəsində bu problemi də uğurla həll edir”.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button