Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Təəssüf ki, bu günə qədər 4 minə yaxın soydaşımızın taleyi haqqında dəfələrlə müxtəlif beynəlxalq qurumlara müraciət etməyimizə baxmayaraq dəqiq bir məlumat ala bilməmişik. Yalnız rəşadətli ordumuzun işğal altında olan torpaqlarımızın azad olunmasından sonra kütləvi məzarlıqların aşkar olunması, qalıqların identifikasiyası və ailələrinə verilmə prosesi başlanılıb və bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər olduqca böyük ümid yaradır ki, yaxın zamanda bütün itkin düşmüş şəxslərin taleyi müəyyənləşəcək.

Polise.az xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində insan hüquqları üzrə müvəkkil ( ombudsman) Səbinə Əliyeva deyib.

S.Əliyeva bildirib ki, “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda bir çox ölkələrin ekspertləri, təcrübəli şəxslər iştirak edir və Azərbaycanda bu günə qədər toplanan təcrübə bir çox ölkələr üçün artıq bir nümunədir. Qeyd edib ki, bu istiqamətdə Azərbaycan dövlətinin apardığı işlər artıq dünya miqyasında tanınır.

Müxbirlər – Günel Türksoy, Göyçək Mahmudlu
Fotoqraflar – Nicat Haşımov, Tofiq Babayev
Videooperator – Vüsal Taqiyev
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button