Prezident İlham Əliyev Trampın Nobel Sülh Mükafatına layiq görüləcəyinə ümid edir

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunması istiqamətində göstərdiyi səylərin Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Polise.az xəbər verir ki, dövlət başçısı bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Dövlət başçısı Donald Trampın Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün təmin olunmasında rolunun yüksək qiymətləndirilməsinə ümid etdiyini ifadə edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin Nobel Sülh Mükafatına namizədliyini birgə irəli sürüblər. Bu barədə 2026-cı il avqustun 10-da yayımlanan Azərbaycan, ABŞ və Ermənistanın birgə bəyanatında da məlumat verilib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button