Səidə Mirziyoyeva Bayraktarla görüşdü

Türkiyədə səfərdə olan Özbəkistan Prezident Administrasiyasının (PA)rəhbəri Səidə Mirziyoyeva “Baykar” şirkətinin kompleksində yüksək texnologiyalar və müdafiə sənayesi sahəsində həyata keçirilən qabaqcıl layihələrlə tanış olub.

Polise.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

“Bu nailiyyətlərin arxasında uzun illər davam edən elmi araşdırmalar, istedadlı mühəndislərin əməyi və milli texnologiyaların inkişafına yatırılan investisiyalar dayanır. Türkiyənin bu sahədəki təcrübəsi Özbəkistan üçün də mühüm praktiki əhəmiyyət daşıyır. Mütəxəssislərimiz arasında təcrübə mübadiləsi aparmaq və texnoloji layihələri birgə həyata keçirmək üçün imkanların olduğunu görürəm”, – Mirziyoyeva qeyd edib.

Özbəkistan PA rəhbəri səfəri çərçivəsində “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla da görüşüb.

Medial
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button