ABŞ İrana yeni hücuma hazırlaşır: Körfəz ölkələrinə xəbərdarlıq edildi

ABŞ administrasiyası Fars körfəzinin bir neçə ölkəsini noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana qarşı qısamüddətli, lakin intensiv hərbi əməliyyatın mümkünlüyü barədə xəbərdar edib.

Polise.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, Pentaqon Yaxın Şərqdə təhlükə altında ola biləcək hərbi bazalardan amerikalı hərbçiləri təxliyə edib. Eyni zamanda, ABŞ Silahlı Qüvvələri regiondakı sursat ehtiyatlarını artırır, bombardmançı və qırıcı təyyarələr mümkün zərbələrə hazırlanır.

Qəzetin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı hələ yekun qərar qəbul etməyib. Bununla belə, o, seçkilərdən sonra genişmiqyaslı hücum variantına üstünlük verməyə meyillidir.

Mümkün hərbi əməliyyatın əsas hədəfləri arasında İranın strateji infrastrukturu və nüvə obyektlərinin ola biləcəyi bildirilir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək genişmiqyaslı hava zərbələrini bərpa edib.

Qeyd edək ki, dünya neft ticarətinin təxminən 25 faizi, mayeləşdirilmiş təbii qaz ticarətinin isə 20 faizi Hörmüz boğazından keçir.

Sonrakı mərhələdə Vaşinqton İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları dayandıraraq sanksiyalar vasitəsilə iqtisadi təzyiqi gücləndirmək strategiyasına keçdiyinə dair siqnallar verib.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button