Bakıda İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin Yüksək Səviyyəli Görüşü keçirilir

Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksək Səviyyəli Görüşü keçirilir.

Polise.az xəbər verir ki, tədbir 27-28 oktyabr tarixlərini əhatə edəcək.

Tədbirdə İƏT-ə üzv olan 57 dövlətdən 48-nin nümayəndələri olmaqla, ümumilikdə 250-dən artıq şəxsin iştirakı gözlənilir.

İştirakçılar sırasında 30 dövlət qurumunun rəhbəri, səfirlər, beş beynəlxalq və regional təşkilatın rəhbər və yüksək vəzifəli nümayəndələri, habelə üç müşahidəçi dövlətin təmsilçiləri yer alır.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button