DİN: Ötən gün itkin düşən 12 nəfər tapılıb, dələduzluq edən 7 nəfər saxlanılıb

Azərbaycanda itkin düşən 12 nəfər tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, oktyabrın 27-də polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, oktyabrın 27-də polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Polise.az



