Polis bir gündə 15 qumbara və 5 tüfəng götürdü

Oktyabrın 27-də polis tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 15 qumbara və 5 tüfəng aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Polise.az



