Eldar Seyidov: Ağdam, Füzuli və Xocavənddə 115 mindən çox mina və sursat aşkarlanıb

Son beş il ərzində Ağdam, Füzuli və Xocavənd rayonlarında ümumilikdə 115 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb.

Teleqraf-ın Ağdama ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov Ağdam rayonunda keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

O bildirib ki, hazırda Ağdam ərazisinin təxminən 60 faizi, Füzulinin 78 faizi, Xocavəndin isə 16 faizi minalardan təmizlənib.

“Bu işlər ərazilərin təhlükəsizliyinin təmin olunması və bərpa-quruculuq prosesinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, – o vurğulayıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button