Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanıldı

Oktyabrın 31-də və noyabrın 1-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis tərəfindən təmin olunub.

Bu barədə   Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button