ABŞ-ın Rusiyaya qarşı planında Paşinyan… – Oqtay
aydenin ABŞ-da hakimiyyətə gəlişi ilə dünya siyasəti yenidən şəkillənəcək.
Bu sözləri axar.az-a açıqlamasında tanınmış türkiyəli ekspert Həsən Oqtay ABŞ və Britaniyanın Rusiyaya yeni sanksiyalar tətbiq etmə ehtimalından danışarkən deyib.
Ekspert bildirib ki, Bayden və onun komandası yaxın zamanlarda Rusiya, Çin və İrana qarşı fərqli bir strategiya tətbiq edəcək. Bunun əsası Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə qoyulacaq:
“Üstəlik, Avropa İttifaqı da Navalnı hadisəsindən sonra Rusiyaya qarşı mövqe tutub. Bu, Amerikanın işini bir az asanlaşdıracaq. ABŞ Rusiyanı regionda təkləmək üçün Türkiyə siyasətini də yenidən gözdən keçirməyə başlayıb”.
H.Oqtayın sözlərinə görə, Nikol Paşinyanın Rusiyanın müdafiə sisteminin əsaslarından biri olan “İsgəndər”lə bağlı çıxışı da bu məzmunda qiymətləndirilməlidir:
“Paşinyanın açıqlamasından sonra dünya bazarlarında Rusiya silahlarına olan etibarlılıq və güvən zəifləyib. Rus silah şirkətləri dəyər itirməyə başlayıb. Amerika bölgədə fərqli metodlardan istifadə edərək rəsmi Moskvanı bu və digər formada nüfuzdan salacaq və sonra ölkədəki problemləri qabardaraq, Rusiyanı daxili işləri ilə üz-üzə qoyacaq”.
Həmsöhbətimizin fikrincə, Rusiyanın siyasi mühitində qeyri-müəyyənlik var:
“Görünür, ABŞ bu qeyri-müəyyənliyi çox yaxşı istiqamətləndirərək Rusiyada dəyişikliklərin transformasiyasını təmin edəcək. Eyni üsulu İran üçün də demək olar”.