ABŞ-ın xarici ölkələrdə hərbi gücdən istifadəsi: Bayden dəyişikliyə razılaşıb
ABŞ Prezidentinin ölkə xaricində hərbi gücdən istifadəsinə dair səlahiyyətinə yenidən baxıla bilər.
Məlumatı Ağ Evin mətbuat katibi Cen Psaki verib.
O bildirib ki, Bayden bu qərarın qəbulundan 20 il keçdiyini əsas gətirərək dəyişikliyə razılaşıb:
“Prezident bu istiqamətdə səlahiyyətlərinə dair müzakirələrə açıqdır. Müzakirələr qanunverici orqan təmsilçiləri ilə şəxsi formatda aparılacaq”. Ancaq diskussiyanın başlama tarixi açıqlanmır.