Azərbaycan ABŞ-a antiterror əməliyyatının anonsunu verdi

Qarabağdakı rus general Bakıya çağırılacaq, əgər…; Azərbaycan ABŞ-a antiterror əməliyyatının anonsunu verdi – səbəb…

Azərbaycan Müdafiə Nazirliyi bir həftədə 4 dəfə Rusiyaya oxşar iradı bildirdi. Qarabağda müvəqqəti yerləşdirilmiş hərbi kontingentinin fəaliyyəti ilə bağlı məlumatlarda Azərbaycan yer adlarının qondarma erməni adları ilə göstərilməsi praktikasına dönə-dönə etirazını ortaya qoydu. Yazılı şəkildə.

Rusiya tərəfinə sonuncu müraciət isə daha sərt, faktiki xəbərdarlıq tonu ilə seçilir. Orada “Qarabağ iqtisadi rayonunun “Dağlıq-Qarabağ ərazisi” kimi qeyd edilməsi ilə bağlı “ümumiyyətlə, Azərbaycan ərazilərinin uydurma erməni toponimləri ilə ifadə olunması yolverilməzdir” ifadəsi yer alıb.

Bəyanatda habelə deyilir: “Təəssüflə bildiririk ki, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən narazılıq ifadə olunmasına baxmayaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunması yenə də davam edir. Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərə müvafiq şəkildə ifadə etməyə çağırırıq”.

Azərbaycandan Rusiyaya narazı və sərt tonda cavab verildi | marja.az

Və sonda: “28.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert”, “Martuni”, “Madagiz” və “Getavan” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜDÜR”.

Azərbaycanca legitim adların həm də iri şriftlərlə (!) verilməsi sözsüz ki, etiraza əlavə sərtlik xarakteri verməklə yanaşı, Bakının səbir kasasının dolmaq üzrə olduğuna işarədir və tam doğrudur. Çünki bu, güc nazirliyimizin quru söz oyunu deyil. Rusiya tərəfinin ərazi bütövlüyümüzə, suverenliyimizə qarşı davam edən sayğısızlığına son qoyulması üçün verilən rəsmi mesajlar, eyni zamanda qarşı tərəfə xəbərdarlıq ismarışlarıdır.

Bəs nəticə olmasa?

Onda daha kəskin kontrtədbir kimi Rusiya kontingentinin komandanı, generalı Volkovu izahat üçün Bakıya dəvət eləmək olar. Hər halda, o, Azərbaycan ərazisində hərbi xidmət keçir, Rusiyada və ya Ermənistanda yox. Yenə də özlərini yığışdırmasalar, onda Rusiya səfirini Azərbaycan XİN-ə çağırıb izahat istəmək olar. Lap etiraz notası da təqdim eləmək mümkündür. Ta ki, Volkov və başının dəstəsi “Qarabağ Azərbaycandır” deyənə kimi.

Yoxsa belə getsə, Azərbaycan əleyhinə daha böyük hoqqalardan çıxacaqlar. Zatən, proses başlayıb. Getdikcə daha da “vüsət” alan “Vardanyan layihəsi”, “Rus icması” projesi şəklində, separatçıları tərk-silah eləmək əvəzinə silahlandırmaq, Qarabağa qanunsuz yolla silah-sursat keçirilməsinə göz yummaq formasında və s. 

Rusiya MN Polşaya raket düşməsi xəbərini təxribat adlandırıb

Bu arada, “Rus NATO-su” kimi tanınan, Moskvanın dominant olduğu hərbi-siyasi blokun – KTMT-nin rəhbərliyi Ermənistanın könlünü almaq üçün təxribatçı təklif irəli sürüb. Belə ki, qurumun baş katibi Stanislav Zas Ermənistana kompleks yardımlar çərçivəsində Azərbaycanla sərhədə qüvvə yeridilməsini təklif edib. Nonsens də elə budur. Niyə?

“Müstəqil Dövlətlər Birliyinin 8 dekabr 1991-ci il tarixli sazişinə görə, iki müstəqil üzv dövlətin sərhədində üçüncü dövlətin ordusu ola bilməz”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Axar.az-a açıqlamasında Ankara Universitetinin professoru, azərbaycanlı politoloq Toğrul İsmayıl Zasın məlum təklifini şərh edərkən deyib.

Politoloqun qənaətincə, KTMT-nin belə bir addım atması gərginliyi artırmaq anlamına gəlir. “Bu, yolverilməzdir. Əgər KTMT sərhədə hansısa bir missiya göndərməkdə israr etsə, Azərbaycan da alternativ təşkilatlara müraciət edərək məsələni gündəmə gətirməlidir. Rusiyanın könlündən keçən bu ərazilərə girmək və bir daha çıxmamaqdır”, – deyə ekspert qeyd edib.

KTMT liderlərinin iclasının gündəliyi açıqlanıb

Onun sözlərinə görə, onsuz da Ermənistanda Rusiya ordusu var, Azərbaycan isə sərhəddə Ermənistanın istənilən işğalçı hərəkətinə layiqincə cavab vermək gücündədir. “KTMT-nin sərhədə gəlməsi Azərbaycana birbaşa təhdiddir. Bu isə avtomatik şəkildə Şuşa Bəyannaməsinin işə düşməsi deməkdir. Yəni Azərbaycan da Türkiyə Silahlı Qüvvələrinin sərhədə gəlib yerləşməsini tələb edə bilər”, – deyə politoloq əlavə edib.

*****

Rusiyanın bölgədəki hərəkətlərinin sülhə xidmət eləmədiyinə növbəti etiraz Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovdan gəlib. Srağagün Azərbaycanın baş diplomatı Bakıda ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerlə görüşdə deyib ki, Ermənistan üçtərəfli bəyanat çərçivəsində hələ də öhdəliklərini yerinə yetirməyib, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb, Azərbaycana qarşı mina təhdidlərini davam etdirir, həmçinin öhdəliklərə zidd olaraq Laçın yolundan hərbi məqsədlər üçün istifadə edir.

Aydındır ki, Laçın yolu ilə ermənilər Qarabağa özbaşına silah-sursat, hərbi texnika, minalar keçirə bilməzlər. Ona görə ki, bu yola rus “sülhməramlıları” – general “Volkovun uşaqları” nəzarət edir. Demək, rəsmi ittiham bilavasitə Rusiyaya ünvanlanıb. Amerikalı diplomatın diqqətinə bununla habelə “qərbyönlü” Ermənistanın Rusiya ilə eyni təhlükəli oyunun içində olduğu, İrəvanın Bakı ilə sülh sazişində, ümumən sülh danışıqlarında maraqlı olmadığı, Vaşinqtonun da dəstəklədiyi Brüssel prosesini pozmaq istədiyi çatdırılıb. Bu isə Azərbaycanın Qarabağda tezliklə adekvat tədbirlər görmək, o sırada antiterror əməliyyatı aparmaq zorunda qalacağının anonsu da sayıla bilər…

Hamısını Göstər

Related Articles

Back to top button