Makeyevkada ölən rus hərbçilərin sayı 89-a çatdı
Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin Makeyevka rayonunda yerləşən Rusiya hərbçilərinin müvəqqəti yerləşdirildiyi məntəqəyə zərbə endirməsi nəticəsində həyatını itirən Rusiya hərbçilərinin sayı 89-a çatıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, dekabrın 31-dən yanvarın 1-ə keçən gecə Ukrayna ordusu “HIMARS” reaktiv yaylım atəş sistemindən Makeyevkada yerləşən Rusiya Silahlı Qüvvələrinin müvəqqəti dislokasiya məntəqəsinə zərbə endirib.
Rusiya Müdafiə Nazirliyi yanvarın 2-də yaydığı məlumatda 63 hərbçisinin həlak olduğunu açıqlamışdı.
Nazirlik onu da bildirib ki, ölənlər arasında alay komandirinin müavini, polkovnik-leytenant Baçurin də var.ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.
Rusiya Müdafiə Nazirliyi hadisənin əsas səbəbi kimi şəxsi heyətin qadağaya zidd olaraq mobil telefonlardan kütləvi şəkildə istifadə etməsini göstərib.
Qeyd olunub ki, faciənin günakarları məsuliyyətə cəlb ediləcək və gələcəkdə belə hadisələrin baş verməməsi üçün lazımi tədbirlərin görüləcək.