Balakəndə “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib
Balakən rayonunun Qazma kənd 2 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Narkotik vasitələrin zərərləri ilə bağlı keçirilən tədbirdə polis əməkdaşları, məktəbin müəllimləri və IX-XI sinif şagirdləri iştirak ediblər.
Görüşdə narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan əsas amillərdən biri olduğu vurğulanıb. Gələcəyimizin sağlam formalaşması üçün yeniyetmə və gənclər arasında keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin, “ağ ölüm”ün fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub və şagirdləri maraqlandıran suallar ətrafında diskussiya aparılıb.