Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Polise.az-a
verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlər nəticəsində rayon qeyri-qanuni balıq ovu ilə məşğul olan rayonun poylu
qəsəbə sakinləri Rəşad Qurbanov və Katib Hüseynov saxlanılıb. Yoxlama zamanı
onlardan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1
ədəd akkumlyator, 1 ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ovladıqları
balıq və digər əşyalar götürülərək polis əməkdaşları tərəfindən protokollaşdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir