Ağdaşda narkokuryerlər saxlanıldı

Ağdaşda xarici ölkə vətəndaşına narkokuryerlik edən şəxs tutulub.

Polise.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, o, pul müqabilində narkokuryerliyə razılıq verib. Bu, şəhər sakini, əvvəllər də dörd dəfə məhkum olunmuş Müzəffər Qədirovdur. 

Onun üzərinə keçirilən baxış zamanı külli miqdarda, yəni 1 kiloqramdan artıq narkotik vasitə olan heroin, eləcə də 404 qram psixotrop maddə – metamfetamin aşkar edilərək götürülüb.

Digər əməliyyat nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ruslan Əliyev saxlanılıb. 

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button