Avtomobili qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini saxlanıldı

Füzuli Rayon Polis Şöbəsinə mayın 21-də Əhmədbəyli kəndi ərazisindən kənd sakini Ə.Nəsirova məxsus “VAZ-21099” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini Nizam İsmayılov saxlanılmışdır. Onun İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətməsi də müəyyən olunmuşdur.
Araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button