Axtarışda olan şəxs saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin polis şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Binəqədi qəsəbəsi ərazisində bir evdən 3 min manat dəyərində inşaat materialları, geyim və məişət əşyaları, digər evdən isə 7 min manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə axtarışda olan Salyan rayon sakini Yaşar Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Polise.az-a bildiriblər ki, faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button