Azərbaycan ilə təhsil və elm sahəsində çox yaxşı əməkdaşlıq təcrübəmiz var.

Bizim Azərbaycan ilə təhsil və elm, ümumi və ali təhsil sahələrində, elmi təhqiqat institutları səviyyəsində çox yaxşı əməkdaşlıq təcrübəmiz var. Biz bu təcrübəni daha da genişləndirmək niyyətindəyik.

Polise.az  xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari söyləyib.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə çox məhsuldar və səmərəli görüş keçirdiyini bildirən Giorgi Amilaxvari deyib: “Görüşdə elm və təhsil sahələrində əməkdaşlığa dair səmərəli müzakirələr apardıq və əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduğumuzu vurğuladıq”.

Nazir qeyd edib ki, Azərbaycan nümayəndə heyəti ilə müəllimlərin ixtisaslaşmasını artırmaq, dərsliklərin məzmununun inkişafı, gürcü və Azərbaycan dillərində tədrisi inkişaf etdirməklə bağlı da fikir mübadiləsi aparılıb.

“Mən əminəm ki, Azərbaycan ilə elm və təhsil sahələrində gələcək əməkdaşlığımız daha fəal olacaq”, – deyə G.Amilaxvari vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button