Şabranda əməliyyatlar zamanı 3 nəfər saxlanılıb

Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, saxlanılması və satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan  Polise.az -a verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri zamanı rayon sakinləri Orxan Məmmədov, Elxan Məmmədov və Zaur Ağamalıyev saxlanılıb. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman bükülülərdə külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Bütün faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button