Azərbaycan Türkiyəyə dəhşətli qəza ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Təkirdağ şəhərində qatarla mikroavtobusun toqquşması nəticəsində ölənlərin olması ilə bağlı Türkiyəyə başsağlığı verib.

Başsağlığında deyilir:

“Qardaş Türkiyənin Təkirdağ vilayətində yük qatarı və mikroavtobusun toqquşması xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralılara şəfa arzu edirik. Başın sağ olsun, qardaş Türkiyə!”.

Qeyd edək ki, Türkiyədə Təkirdağ şəhərinin Ergene rayonunda mikroavtobus yük qatarının yoluna çıxıb. Bu zaman Ədirnədən İstanbula gedən yük qatarı fabrik işçilərini daşıyan mikroavtobusu yol boyu sürüyüb.

Nəticədə mikroavtobusdakı sərnişinlərdən 6-sı ölüb, 7-si yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qatarların fəaliyyəti bir müddət dayandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button