Rusiyanın ən təhlükəli triosu: ABŞ-ı qorxudan helikopterlər

Amerikalı mütəxəssislər Rusiyanın ən təhlükəli helikopterlərinin adını açıqlayıb.

Bunlar “Ka-52 Alliqator”, Mi-28HM və Mi-24 helikopterləri olub.

Mütəxəssislər bildiriblər ki, “Alliqator”ların sahib olduğu sistemlər onları xarici analoqlarından fərqləndirir. Bu sistemlər helikopterin daha səssiz və kompakt olmasını təmin edir. Bundan əlavə K-52-lər ağır silahları – X-31 qanadlı raketlərini, həmçinin “Ataka” və “Vixr” raketlərini daşıya bilir.

“Gecə ovçusu” adlandırılan “Mi-28H helikopterinin isə P-74M sistemləri ilə təchiz olunmuş raketlərlə təchiz olunub. Bu raketlər sözügedən texnikaya analoqları ilə döyüş şəraitində əhəmiyyətli üstünlük verir.

Amerikalı ekspertlər hesab edir ki, Mi-24 helikopterləri hələ Soyuq müharibə dövründən indiyə qədər dünyanın ən yaxşı texnikalarından sayılır. Helikopterin uçuş xüsusiyyətləri ona piyadalar və zirehli texnika ilə birgə yerə çox yaxın manevr etmək imkanı verir.

Hamısını Göstər

Related Articles

Back to top button