Azərbaycanda hoteldə əxlaqsızlıq yuvası aşkarlandı

Ağstafada hoteldə əxlaqsızlıq yuvası aşkarlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan ilkin yoxlama hərəkətləri ilə əlaqədar keçirilən baxış zamanı Ağstafa şəhərindəki “Təbriz” hotelinin 1-ci mərtəbəsində yerləşən otağın əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi müəyyən edilib.

Faktla bağlı Ağstafa RPŞ-də Cinayət Məcəlləsinin 244.1-ci (Əxlaqsızlıq yuvaları saxlama, Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb.

Hamısını Göstər

Related Articles

Back to top button