“Bakı Avropa İttifaqının Qarabağa dair vasitəçi funksiyasını üzərinə götürmək cəhdlərindən hiddətlənib…”

Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya çərşənbə axşamı etdiyi qısamüddətli işgüzar səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə o cümlədən Qarabağa dair gələcək sülh razılaşmaları müzakirə olunub. Hansı ki, bu razılaşmalar pozulma təhdidi qarşısındadır.

Bu haqda “Kommersant” qəzeti yazır. Qəzetin əldə etdiyi məlumata görə, Bakıda Avropa İttifaqının Qarabağa dair vasitəçilik funksiyasını üzərinə götürmək cəhdlərindən hiddətləniblər. Və hesab edirlər ki, bu cəhdlər Yerevanı Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara yenidən baxmağa təhrik edir.

“Şübhəsiz ki, regionda situasiyanın nizamlanması ən mühüm məsələlərdən biri  olaraq qalır. Sizə kompromis həllərin tapılmasına görə təşəkkür etmək istərdim. Onlar həmişə ən mürəkkəb olur, amma əgər biz nizamlama istəyiriksə,-hansı ki, hamımız bunu istəyirik,-o zaman bu yolla getməliyik. İndiyə qədər buna nail ola bilmişik”,-qəzet Putinin Əliyevlə görüşdə dediklərindən sitat gətirir.

“Kommersant” diqqəti buna yönəldir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın iyulun əvvəllərində Moskvaya səfərindən sonra erməni tərəfinin rəsmi bəyanatlarına Dağlıq Qarabağın statusu məsələsi bütün kəskinliyi ilə qaldırılır. Hansı ki, Kremldəki sonuncu Rusiya-Ermənistan danışıqlarında bu məsələ praktiki olaraq xatırlanmamışdı.

Bakı isə bəyan edir: Qarabağın statusu mövzusunun “fırladılması” çox yanlış və riskli yoldur. Hansı ki, İlham Əliyev bu haqda daha əvvəl bildirib: “Əgər hesab edirlərsə ki, münaqişə həll edilməyib, qoy desinlər onu necə həll etmək lazımdır. Əgər söhbət “Dağlıq Qarabağın” statusundan gedirsə mən artıq bunu demişəm ki, Azərbaycanda belə ərazi vahidi yoxdur. Dağlıq Qarabağ yoxdur, Qarabağ var”.

Qəzet yazır ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqaza səfəri də odun üstünə yağ tökmüş oldu. Yerevanda Nikol Paşinyanla mətbuat konfransı zamanı Şarl Mişel “dinc danışıqlar və Dağlıq Qarabağın statusuna baxılması” barədə danışdı. Üstəlik bildirdi ki, Avropa İttifaqı münaqişənin nizamlanmasında rola malik olmağa iddialıdır.

“İndiki postmünaqişə fazasında Dağlıq Qarabağın statusu məsələsinin qaldırılması Parisin və Avropa İttifaqının Cənubi Qafqaza giriş biletidir, hansı ki, onlar Moskvanın ötən ilki diplomatik uğurundan sonra işlərdən kənarda qalıblar”,-Bakıdakı məlumatlı mənbə “Kommersant”a bildirib.

Mənbə əlavə edib ki, belə oyun ciddi risklər daşıyır. Birincisi, münaqişənin başa çatdığını deyən Bakı üçün onun beynəlxalq səviyyədə tanınmış ərazilərinin hansısa statusundan danışmaq qıcıqlandırıcıdır. İkincisi, delimitasiya olunmamış sərhədlər boyu Azərbaycanla Ermənistan arasında qarşıdurma və kommunikasiyaların açılmaması şəraitində status məsələsinin “fırladılması” yeni eskalasiyaya gətirib çıxara bilər.

“Beləliklə, indiki çoxgedişli kombinasiyanın məqsədi tərəfləri danışıqlar masasına oturtmaq deyil, regionda irimiqyaslı təxribatın köməyi ilə Rusiyanın iştirakı ilə əldə olunmuş üçtərəfli razılaşmalar formatını dəyişdirməkdir. Bakını radikal addımlar atmağa təhrik etmək və Rusiya ordusunun cəlb olunmasına nail olmaq məqsədi güdülür”,-mənbə deyib.

Mənbə əlavə edib ki, məhz bu cür kritik məqamda Əliyevlə Putin arasında məsləhətləşmələrə ehtiyac yaranıb.

“Həm Fransa, həm Avropa İttifaqı 2020-ci ilin payızında münaqişənin kəskin fazası zamanı əsasən hansısa rol oynaya bilmədilər. Bu da Avropa İttifaqı strateqlərində narahatlıq yaratdı. Onlar gec də olsa danışıqlar prosesində öz yerlərini tutmağa çalışırlar”,-Rusiya Elmlər Akademiyasının nəzdində strateji qiymətləndirmələr qrupunun rəhbəri Sergey Utkin deyib.

Hamısını Göstər

Related Articles

Back to top button