Masallıda “patı”nın qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri ayrı-ayrı əməliyyat tədbirləri ilə psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri F.Hacıyev, S.Quliyev, D.Əliyev, B.Mahmudov və R.Ağabalayev saxlanılıblar. Keçirilən baxış zamanı həmin şəxslərin üzərindən ümumilikdə 13 bükümdə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button