Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var.

Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, qəza magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Həmin şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button