Bakı-Sumqayıt şosesində 3 avtomobil toqquşub, xəsarət alan var.

Bakı-Sumqayıt şosesinin Binəqədi rayonunun ərazisinə düşən hissəsində yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər xəsarət alıb.

Hadisə Ekologiya postunun yaxınlığında qeydə alınıb. “Chevrolet” markalı avtomobilin sürücüsü yüksək sürətlə Naib Əhmədovun idarə etdiyi “VAZ-2104” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində N.Əhmədov xəsarət alıb. Zərbənin təsirindən “VAZ-2104” eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində 3 avtomobilə ciddi ziyan dəyib. Əraziyə Yol-patrul xidmətinin əməkdaşları cəlb edilib. Sürücüyə tibbi yardım göstərilib.

Qəzaya görə Bakı-Sumqayıt şosesinin Sumqayıt istiqamətində tıxac yaranıb. Hər 3 avtomobil ərazidən götürülüb. Yol-patrul xidmətinin əməkdaşları hərəkəti tənzimləyir.

Bakı-Sumqayıt yolunda “Lada”, “Chevrolet Malibu” və “Toyot Land Cruiser” markalı avtomobillər toqquşub.

Hadisə Ekologiya postuna yaxın ərazidə baş verib.

Hamısını Göstər

Related Articles

Back to top button