Bakıda heroin satan qadın küçədə yaxalandı

Bakıda narkotik alveri ilə məşğul olan qadın yaxalanıb.

Hadisə paytaxtn Binəqədi rayonunda baş verib. Daxil olan əməliyyat məlumatı əsasında Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşları rayon ərazisində keçirdikləri əməliyyat zamanı Binəqədi rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 178-ci(dələduzluq) maddəsilə məhkum olunmuş, 1985-c il təvəllüdlü Firuzə Mənsimovanı saxlayıb. Üzərinə baxış keçirilərkən ondan 0,213 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə
trend.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close