“Bandotdel” ƏMƏLİYYAT keçirib- Silah anbarı aşkarlandı
![](/wp-content/uploads/2020/08/bandotdel-780x450.jpg)
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları İmişli şəhərində əməliyyat keçirib.
DİN-dən verilən məlumata görə, qurumun əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində İmişli şəhər sakini N.Məmmədovun yaşadığı evə baxış zamanı oradan nömrəsiz “AKS-47” markalı avtomat, 5 ədəd patron darağı, 167 ədəd müxtəlif çaplı patron, 1 ədəd “ME-800 General” markalı qaz tapançası, 1 ədəd “Agent” markalı qaz-siqnal tapançası və ona aid 3 ədəd patron aşkar edilərək götürülüb.
![](http://sfera.az/file/pic/xeber/2020-08/1597396322_1597394981_p.jpg)