Biləsuvarda avtomobildən külli miqdarda narkotik vasitə aşkarlandı

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “polise.az“a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləsuvar şəhər sakinləri E.Bayramov və M.Güləliyev sonuncunun idarə etdiyi “Vaz 21074” markalı avtomobildə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində saxlanılıblar. Polis şöbəsində baxış keçirilərkən onların olduğu avtomobildən 391 qram narkotik vasitə heroin, 103 qram psixatrop maddə metamfetamin və 13 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button
Close