Blinken: Ukraynanın NATO-ya qəbulu təhlükəsizlik üzrə bir sıra sazişlə dəstəklənəcək
![](/wp-content/uploads/2024/05/c8c8c3c4-1abf-3e50-9a7d-5e1ee5678dfe_850-780x470.jpg)
Ukraynanın NATO-ya qəbulu prosesi Kiyev üçün 10 il müddətinə bir sıra ikitərəfli, o cümlədən ABŞ ilə təhlükəsizlik sazişləri ilə dəstəklənəcək.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Antoni Blinken Kiyev Politexnik İnstitutunda çıxışı zamanı bildirib.
“İyulda Vaşinqtonda sammit keçirən zaman Ukraynanı NATO-ya inteqrasiyası ilə bağlı davamlı islahatları dəstəkləməklə, güclü Ukrayna ordusunun qurulmasında alyansın rolunu artırmaq üçün nəzərəçarpacaq addımlar atacağıq. Ukraynanın NATO-ya körpüsü isə bir-birini tamamlayan ikitərəfli təhlükəsizlik sazişləri ilə möhkəmlənəcək. Hazırda 32 ölkə Ukrayna ilə bu sazişlər üzrə danışıqlar aparır, onlardan 9-u artıq tamamlanıb”, – Blinken deyib.
O, həmçinin əlavə edib ki, 10 illik razılaşmaya əsasən, ABŞ bir sıra kritik sahələrdə Ukraynanın müdafiəsi və təhlükəsizliyini dəstəkləyəcək.
Polise.az