Burkina-Fasoda çevirilişdən sonra prezident seçildi.

Burkina-Fasoda hakimiyyəti ələ keçirən hərbçilərin lideri, kapitan İbrahim Traore rəsmən ölkə prezidenti və silahlı qüvvələrin ali komandanı vəzifəsinə təyin edilib.

Bu barədə çərşənbə günü “France-Presse” (AFP) məlumat yayıb.

Ölkə konstitusiyasını müvəqqəti əvəz edən Təsis Aktında deyilir:

“Qoruyucu və Vətənpərvərliyin Bərpası Uğrunda Hərəkatının prezidenti dövlət başçısı və ölkənin silahlı qüvvələrinin ali komandanı kimi fəaliyyət göstərir”.

Sentyabrın 30-da bir qrup hərbçi polkovnik Pol-Henri Sandaoqo Damibanı ölkə prezidentliyindən uzaqlaşdırıb.

Hakimiyyəti ələ keçirən hərbçilər hökumətin buraxıldığını, konstitusiyanın fəaliyyətinin dayandırıldığını və istənilən siyasi fəaliyyətin dayandırıldığını elan etdilər.

Hamısını Göstər

Related Articles

Back to top button