Cənubi Koreya Ukraynaya bir milyonluq yardım göndərəcək

Cənubi Koreya növbəti yardım partiyası olaraq Ukraynaya 1,1 milyon dollar dəyərində qaz maskaları və filtrlər göndərməyi planlaşdırır.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Yardımın növbəti – üçüncü partiyası radiasiya, kimyəvi və bioloji müdafiə üçün zəruri olan əşyalarla təmin olunacaq.

Bundan əvvəl Seul Kiyevə dəbilqə, zireh və dərman kimi öldürücü olmayan hərbi əşyalar göndərib.

Hamısını Göstər

Related Articles

Back to top button