Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Aprelin 12-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button