Şamaxıda əvvəllər dəfələrlə məhkum olunmuş şəxsdən “Kalaşnikov” avtomatı götürülüb

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan
odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri
həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Polise.az-a verilən məlumata görə,
daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı Bakı şəhər sakini,
əvvəllər dəfələrlə məhkum olunmuş Ceyhun Kafi şübhəli şəxs qismində saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərində daşıdığı çantadan “Kalaşnikov” markalı
avtomat, həmin silaha məxsus daraq və 30 ədəd patron aşkar edilərək götürülüb.
C.Kafi ifadəsində silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına
baxmayaraq polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri
istintaq hərəkətləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button