Cinayət törətməkdə şübhəli bilinən 89 nəfər saxlanılıb

Martın 10-da ölkə ərazisində qeydə alınan 82, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Polisə.az -a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarılan 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 89 nəfər saxlanılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button