DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Polise.az -a verilən məlumata görə, mayın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 müxtəlif markalı tüfəng təhvil götürüblər.

Həmin gün həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 tapança, 1 qumbara, 2 patron darağı və 18 ədəd patron aşkar edilərək götürülüb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button