Dənizdə boğulan bank müdiri tanınmış prokurorun qardaşı oğludur

Xəbər verdiyimiz kimi, dünən 1980-ci il təvəllüdlü Məmmədov Yusif İsak oğlu Bakıda dənizdə boğularaq həlak olub. 

Yusif Məmmədovun yaxınlarının “AzPolitika.info”ya verdiyi məlumata görə, o, dənizdə batmaq təhlükəsi olan uşaqları xilas edərkən həyatını itirib. 

Belə ki, Yusif Məmmədov dənizdə batmaq təhlükəsilə üzləşən və buna görə kömək istəyən uşaqlardan birini xilas etdikdən sonra, ikincisini sahilə çıxarmaq üçün gedib. Bu zaman özü burulğana düşərək həlak olub.

Qeyd edək ki, sözün həqiqi mənasında qəhrəmanlıq göstərən Yusif Məmmədov “Xalq Bank”ın “Mərkəz ” filialının müdiri olub. Həm işlədiyi bankda, həm də dostları, yaxınları arasında böyük nüfuz sahibi olan Yusif Məmmədovun özünün də iki övladı var. 

Onu da qeyd edək ki, Yusif Məmmədov tanınmış prokuror, təqaüddə olan baş ədliyyə müşaviri Ələmdar Məmmədovun qardaşı oğludur. 

“AzPolitika.info”nun kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyir.

Allah rəhmət eləsin!

Mənbə
azpolitika.info
Hamısını Göstər

Related Articles

Back to top button
Close