Dövlət Sərhəd Xidməti xəbərdarlıq edir: Azərbaycanın Gürcüstanla sərhədində təxribat hazırlanır

İyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup şəxs tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunub.

Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə əldə olunan məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.

Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.

Mənbə
virtualaz.org
Hamısını Göstər

Related Articles

Back to top button