DYP sürücülərə müraciət edib

Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, bununla əlaqədar yol polisi sürücülərə müraciət edib.

Polise.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

“Paytaxtın Neftçilər prospekti boyunca Rəsul Rza küçəsi ilə kəsişmədən Bülbül küçəsi ilə kəsişməsinədək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır. Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik”, – o, deyib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button