Ermənipərəst rusiyalı teleaparıcı Solovyov dezinformasiya yaymağa davam edir

Ermənipərəst rusiyalı teleaparıcı Vladimir Solovyov Azərbaycan  və Dağlıq Qarabağ münaqişəsi haqqında izləyicilərinə yalnış və qərəzli məlumatlar yaymaqda davam edir. 

Solovyev özünün “Youtube” kanalında bir neçə il bundan əvvəl Azərbaycanda baş vermiş aksiyanı yeni kimi təqdim edib.

O bildirib ki, aksiya hazırda Bakıda davam edir. Bununla bağlı Azərbaycandan açıqlama gözlədiyini deyib.

Lakin, dünən ölkənin heç bir ərazisində belə bir aksiya baş tutmayıb. Eyni zamanda videodan göründüyü kimi hava soyuqdur və iştirakçılar qalın üst geyimlərindədirlər. Hazırda isə Bakıda mülayim hava hökm sürür. Solovyev belə qərəzli məlumat ötürməklə Rusiya ilə Azərbaycan arasında olan strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirmək istəyini heç gizlətmir də.    

Eləcə də, Solovyev əlavə edib ki, guya müharibəyə yalnız Dağlıq Qarabağ ərazisindən 20 min əsgər cəlb edilib. Halbuki, Nikol Paşinyan daha əvvəl ölkə ərazisində geniş səfərbərlik elan edib, bununla da, hətta, 55 yaşdan yuxarı yaşlıların və qadınların da müharibəyə cəlb edilməsinə şərait yaradıb.

Bütün bu faktlara istinadən, teleaparıcının qaldırdığı iddiaların heç bir əsasının olmadığı və ermənipərəst mövqeyi ilə Azərbaycana qarşı anti-təbliğat yaratmağa çalışdığı sübut olunur. 

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button