Ermənistanda ölənlərin sayı rekord həddə çatdı

Ermənistanda daha 2314 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 77 837-yə yüksəlib.
Ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda – 23 nəfər artaraq 1180-ə çatıb.